...

Azərbaycanda gənclər üçün beynəlxalq təlim kursu açılıb

Siyasət Materials 7 İyun 2010 15:23 (UTC +04:00)
"İrəli" İctimai Birliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, birliyin Avropa Şurası Gənclər və İdman Direktoratlığının, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan təlimdə 20 müxtəlif ölkədən 34 araşdırmaçı gənc təmsil olunub.

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Oğuz rayonunda "Sülhün tənzimlənməsində və konfliktlərin idarə olunmasında gənclərin rolu" adlı beynəlxalq təlim kursu açılıb.

"İrəli" İctimai Birliyindən bazar ertəsi Trend-ə verilən məlumata görə, birliyin Avropa Şurası Gənclər və İdman Direktoratlığının, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan təlimdə 20 müxtəlif ölkədən 34 araşdırmaçı gənc təmsil olunub.

"İrəli" İctimai Birliyinin sədri Ceyhun Osmanlı iştirakçıların beynəlxalq münasibətlər sahəsində ixtisaslaşdığını, xüsusilə konfliktlər sahəsində tədqiqat aparıldığını qeyd edib və bu məsələnin önəmini xüsusi vurğulayıb.

Oğuz Rayon İcra Hakimiyyəti başçısı Aydın Əlihüseynov müasir gəncliyin dünyadakı münaqişələrin həllində mühüm rol oynayacağı barədə danışıb.

Azərbaycanda gedən modern və sürətli inkişafa gənclərin diqqətini cəlb edən Əlihüseynov, Azərbaycanın bütövlükdə bir tolerantlıq nümunəsi olduğunu da qeyd edib.

Xəbər lenti

Xəbər lenti