...

Bakıda Nəqliyyat Departamentinin əməkdaşları qanunsuz əməllərinə görə saxlanılıblar

Siyasət Materials 7 İyun 2010 16:40 (UTC +04:00)
Azərbaycan paytaxtında Nəqliyyat Departamentinin əməkdaşları qanunsuz əməllərinə görə saxlanılıblar. Bu barədə bazar ertəsi Trend-ə Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) məlumat verilib.
Bakıda Nəqliyyat Departamentinin əməkdaşları qanunsuz əməllərinə görə saxlanılıblar

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan paytaxtında Nəqliyyat Departamentinin əməkdaşları qanunsuz əməllərinə görə saxlanılıblar. Bu barədə bazar ertəsi Trend-ə Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) məlumat verilib.

Məlumatda bildirilir ki, Binəqədi rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölməsinin əməkdaşları iyunun 7-də Biləcəri qəsəbəsində xidmətdə olarkən Nəqliyyat Departamentinə məxsus "VAZ-2107" markalı avtomobillə xidmətdə olan iki nəfər şübhəli şəxsi saxlayıblar.

BŞBPİ Təhqiqat Şöbəsi faktı araşdırarkən məlum olub ki, onlar Nəqliyyat Departamentinin Sumqayıt şəhər 8 saylı MMC-nin əməkdaşları Vüsal Dadaşovİlqar Quliyevdir. Dadaşov həmin MMC-də, müfəttiş Quliyev isə sürücü vəzifəsində çalışır.

Həmçinin həmin şəxslərin xidməti ərazilərinin Bakı-Quba yolunun Hacı Zeynalabidin Tağıyev qəsəbəsinin ərazisi olduğu müəyyən edilib.

Saxlanılan şəxslər ifadələrində bildiriblər ki, xidməti ərazilərində sürücülər yük maşınlarını saxlamadıqlarına görə, onlar xidməti ərazilərini dəyişərək Biləcəri qəsəbəsində xidmətlərini fərqli formada davam etdiriblər. Saxlanılan zaman Dadaşovun əynində yol polis patrul xidməti əməkdaşının gödəkcəsi olub. Quliyev isə Nəqliyyat Departamentinin formasında olub.

Faktla bağlı BŞBPİ-nin Təhqiqat Şöbəsində araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti