...

Şaitdin Əliyev Azərbaycan MSK-nın yeni sədr müavini seçilib

Siyasət Materials 9 İyun 2010 16:32 (UTC +04:00)
Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürülən Şaitdin Əliyev Mərkəzi Seçki Komissiyasının çərşənbə günü keçirilən iclasında sədr müavini seçilib.
Şaitdin Əliyev Azərbaycan MSK-nın yeni sədr müavini seçilib

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürülən Şaitdin Əliyev Mərkəzi Seçki Komissiyasının çərşənbə günü keçirilən iclasında sədr müavini seçilib.

Trend-in məlumatına görə, iclasda çıxış edən MSK sədri Məzahir Pənahov komissiyanın boş qalan sədr müavini vəzifəsinə Əliyevin namizədliyini sürüb. MSK sədri bildirib ki, Əliyev siyasi və ictimai fəallığı ilə seçilib və o, bu vəzifəsində öz töhfəsini verəcək.

Milli Məclisin növbədənkənar sessiyasının çərşənbə axşamı keçirilən iclasında Yeni Azərbaycan Partiyasının müraciətinə baxılaraq, Şaitdin Əliyev MSK-nın üzvü seçilib. Əliyev uzun müddət Azərbaycan Parlamentinin deputatı olub.

MSK sədrinin hakim partiyadan olan sədr müavini Svetlana Qasımova vəfat etdiyindən, həmin vəzifə boş qalmışdı.

Xəbər lenti

Xəbər lenti