...

İran Böyük Britaniyaya etiraz notası göndərib

Siyasət Materials 17 İyun 2010 12:21 (UTC +04:00)
Böyük Britaniyanın Tehrandakı səfiri Saymon Gess İran XİN-ə çağırılıb və burada ona etiraz notası təqdim edilib. Bu barədə Mehr informasiya agentliyi məlumat yayıb.
İran Böyük Britaniyaya etiraz notası göndərib

Böyük Britaniyanın Tehrandakı səfiri Saymon Gess İran XİN-ə çağırılıb və burada ona etiraz notası təqdim edilib. Bu barədə Mehr informasiya agentliyi məlumat yayıb.

Bundan əvvəl, Tehranda terror aktının hazırlanmasında şübhəli bilinən "Mücahəddin Xalq" qruplaşmasının iki həbs edilmiş üzvü bomba hazırlanması prosesinin İsvec və Böyük Britaniyada yaşayan iki qadınla elektron yazışmada təsvir olunduğunu etiraf edib.

İyunun 13-də İran milli təhlükəsizlik naziri Heydər Moslehi Fransa, Böyük Britaniya və İsveçi qruplaşmaya yardım göstərməkdə günahlandırıb.

"Mücahəddin Xalq" qruplaşması son prezident seçkilərinin ildönümündə, iyunun 10-dan 20-dək olan dövrdə Tehranda partlayış törətmək niyyətində ittiham edilir.

"Mücahəddin Xalq" qruplaşmasının mənzil-qərargahı 30 ildir İraqın Əşrəf şəhərində yerləşir. O, ABŞ və Avropadakı terror qruplaşmalarının "qara siyahısı"na daxil edilib.

Xəbər lenti

Xəbər lenti