...

Sankt-Peterburqda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü keçirilib (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 17 İyun 2010 22:22 (UTC +04:00)
İyunun 17-də Sankt-Peterburqda, "Konstantinovski" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Dmitri Medvedevin və Ermənistanın Prezidenti Serj Sarkisyanın görüşü keçirilib.
Sankt-Peterburqda Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü keçirilib (ƏLAVƏ OLUNUB)

İyunun 17-də Sankt-Peterburqda, "Konstantinovski" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Dmitri Medvedevin və Ermənistanın Prezidenti Serj Sarkisyanın görüşü keçirilib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Bu bizim altıncı görüşmüzdür, yeri gəlmişkən, üç nəfərə altı dəfə görüşmüşük - bu az deyil", - Medvedev bəyan edib. Məlumatı RİA Novosti yayıb.

Jurnalistlərin olduğu halda üç ölkənin prezidentlərinin söhbəti hava haqqında getdi. Rusiya prezidenti təəssüflə bildirdi ki, Sankt-Peterburqda hava hal-hazırda çox da isti deyil.

"Bu vaxt adətən niyəsə hava sərinləyir, ancaq buna qədər çjx isti idi, may ayı Moskva və Piterdə anomal isti olub", - o dedi.

Bundan sonra görüşün gedişatını işıqlandıran jurnalistlər danışıq zalını tərk ediblər.

Xəbər lenti

Xəbər lenti