...

Nedanın qatili İranda məhkəmə qarşısına çıxarılmalıdır - Amnesty International

Siyasət Materials 19 İyun 2010 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir T.Konyayeva/

Neda Ağa Soltanın qətlindən bir il sonra İran hakimiyyətinin onun qatilini məhkəməyə cəlb edə bilməməsi 2009-cu il prezident seçkilərindən bəri keçirilən etiraz aksiyalarında xroniki xarakter alan cəzasızlığın bariz nümunəsidir. Bu barədə Amnesty International-ın rəsmi məlumatında deyilir.

"Nedanın qətli təkcə ötən il iranlılara qarşı törədilən və indiyədək davam edən insan hüquqlarının pozulması simvolu deyil, həm də hakimiyyətin işgəncələrin verilməsində və qətlin törədilməsində günahı olan şəxsləri məsuliyyətə cəlb etmək istəyindən imtina etməsidir", - Amnesty International təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə şöbəsinin direktoru Həssibə Həc Səhrayi deyib.

27 yaşlı Neda Ağa Soltan Tehranın mərkəzində 2009-cu il iyunun 20-də keçirilən dinc nümayiş zamanı güllələnib. Tehran küçələrində onun qətli ilə bağlı videoçarx bütün dünyaya yayılıb və onu etiraz hərəkatının simvoluna çevirib.

Video sübutlara və şahidlərin olmasına baxmayaraq, İran hakimiyyəti 2009-ci ilin iyunun ayından dekabrınadək keçirilən nümayişlərdə hakimiyyət orqanlarının nə hərəkətləri, nə Nedanın, nə də ki, onlarla digər nümayişçinin qətli ilə bağlı müstəqil araşdırma aparmayıb. Bu barədə təşkilatın məlumatında qeyd olunub.

Məlumata əsasən, İran hakimiyyəti "Bəsicilər" adlanan hərbiləşdirilmiş polisin Nedanı qətlə yetirməsini inkar edir. Hakimiyyət özünə bəraət qazandırmaq üçün BBC, CNN telekanallarını və Mərkəzi Kəşfiyyat İdarəsini, hətta qətlə yetiriləndən sonra Nedaya kömək göstərən həkimi günahlandırıb.

Nedanın güman edilən qatili hadisə yerində nümayişçilər tərəfindən saxlanılıb. Lakin onun şəxsiyyəti ilə bağlı məlumat məhkəmə orqanları tərəfindən gizlədilib. Həmin şəxsin üzərində çox güman ki, "Bəsici" vəsiqəsi olub. Hakimiyyət əsasən bu hərbiləşdirilmiş polisdən nümayişlərin yatırılması üçün istifadə edir. Şahidlər bildiriblər ki, günahlandırılan şəxs "mən öldürmək istəmirdim" deyə qışqırırmış.

"Hökumətin Nedanın qətlinə münasibəti öz riyakarlığını qorumaq üçün edilib", - Səhrayi deyib. "Qanuna riayət etməkdən və onların adında törədilən cinayətlərə görə məsuliyyətə cəlb etməkdən imtina İran hakimiyyəti üçün adi haldır", - o əlavə edib.

"Amnesty International İran hakimiyyətinə yenidən müraciət edərək qətllərlə, o cümlədən Nedanın qətli ilə bağlı müstəqil araşdırmanın aparılmasına icazə istəyir", - məlumatda deyilir.
Nümayiş zamanı və nümayişdən sonra baş verən 80 nəfərin qətli ilə bağlı araşdırma əksər hallarda aparılmayıb. Məhbuslara qarşı güc tətbiqi, zorakılıq kimi işgəncələrin digər formaları üzrə müstəqil araşdırma da aparılmayıb. Bunun əvəzinə hakimiyyət zorakılıq faktı olduğunu bildirən şəxslərə hədə-qorxu gəlib və həbs edib.

Pozuntularla bağlı seçkilərdən sonra aparılan araşdırmalar isə şəffaf olmayıb.

Pozuntuların araşdırılması kampaniyası "Kədərli analar" qrupu tərəfindən keçirilib. Bu qrupun tərkibi seçkilərdən sonra uşaqları öldürülən, itkin düşən və ya həbs edilən analardan ibarətdir.

Təşkilatın nümayəndələri həmçinin İrana insan haqları üzrə BMT ekspertlərinin buraxılmasına görə çıxış edirlər. BMT tərəfindən ekspertlərin səfər etməsinə icazənin verilməsinə baxmayaraq, İran hakimiyyəti 2005-ci ildən bəri heç bir ekspertin gəlməsinə icazə verməyib. Ekspertlərin səfəri ilə bağlı ən azı beş dəvət cavabsız qalıb.

"Hakimiyyət bilməlidir ki, onların şahidləri ört-basdır etmək istəmələri ilə bağlı cəhdləri iranlıları susmağa məcbur edə bilməyəcək", - Səhrayi qeyd edib.

Xəbər lenti

Xəbər lenti