Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü İran İslam Respublikasının iqtisadiyyat və maliyyə naziri Seyid Şəmsəddin Hüseyninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Dövlətimizin başçısı Azərbaycan ilə İran arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq bu əlaqələrin bundan sonra da genişlənəcəyinə əmin olduğunu bildirib.
Seyid Şəmsəddin Hüseyni İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarını dövlətimizin başçısına çatdırıb.
Qonaq İslam İnkişaf Bankı Qrupunun 35-ci illik toplantısındakı çıxışına görə bütün həmkarları adından Prezident İlham Əliyevə təşəkkür edib.
Dövlətimizin başçısı Prezident Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib.