...

Azərbaycan Prezidenti Kanadanın General-Qubernatorunu təbrik edib

Siyasət Materials 30 İyun 2010 19:33 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın General-Qubernatoru xanım Mişel Jana təbrik məktubu ünvanlayıb.
Azərbaycan Prezidenti Kanadanın General-Qubernatorunu təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın General-Qubernatoru xanım Mişel Jana təbrik məktubu ünvanlayıb. Məlumatı çərşənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Ölkənizin milli bayramı - Kanada günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Azərbaycan-Kanada münasibətlərinin bugünkü inkişaf səviyyəsi məmnunluq doğurur. Əminəm ki, dostluq əlaqələrimizin möhkəmləndirilməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımızın dərinləşdirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik", - məktubda deyilir.

İlham Əliyev xanım Jana möhkəm cansağlığı, işlərində uğurlar, dost Kanada xalqına sülh və rifah arzulayıb.

Xəbər lenti

Xəbər lenti