...

Azərbaycan Prezidenti "Yol hərəkəti qaydaları haqqında" Qanuna dəyişiklikləri təsdiq edib

Siyasət Materials 2 İyul 2010 13:04 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Qanunun qüvvəyə minməsi ilə əlaqədar fərman imzalayıb, - məlumatı "AzərTAc" Dövlət Teleqraf Agentliyi yayıb.
Azərbaycan Prezidenti "Yol hərəkəti qaydaları haqqında" Qanuna dəyişiklikləri təsdiq edib

Аzərbaycan, Bakı, 2 iyul  /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Qanunun qüvvəyə minməsi ilə əlaqədar fərman imzalayıb, - məlumatı "AzərTAc" Dövlət Teleqraf Agentliyi yayıb.

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1045-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə iki ay müddətində qüvvədə olan qanunvericilik aktlarının "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb, Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Dəyişikliklərə uyğun olaraq yaşayış zonaları və həyətyanı sahələrdə avtomobillərin hərəkət sürəti 20 km/saatla məhdudlaşır. Əvvəlcə qanunda yalnız yaşayış məntəqələri üçün hərəkət sürətinin məhdudlaşdırılması nəzərdə tutulmuşdu - 60 km/saat.

Dəyişikliklərə uyğun olaraq, sükan arxasında olan sürücünün telefonla danışması 50 manatla cərimə olunacaq. Qeyri-iş günlərində qanunu pozan sürücü cəriməni yol müfəttişliyinin əməkdaşına ödəyə bilər. Müxtəlif nəqliyyat vasitələrini idarə etmək hüququ üçün yaş məhdudiyyətləri qoyan dəyişikliklərə əsasən, 14 yaşından aşağı şəxslər avtomobil yollarında velosiped sürə bilməzlər.

Moped, velosiped və nəqliyyat vasitələrini yollarda 16 yaşından aşağı olmayan "A1" kateqoriyalı sürücülər idarə edə bilərlər. Avtomobilləri 18 yaşından yuxarı "А", "В" və "С" kateqoriyalı sürücülər idarə edə bilərlər."BE" kateqoriyası isə yalnız 19 yaşdan yuxarı şəxslər üçündür.

Həmçinin, yolun sağ hissəsi boş olduğu halda, nəqliyyat vasitəsinin yolun sol tərəfi ilə sürülməsi qadağan olunur. Bu, yaşayış məntəqələrinin hüdudlarından kənarda yerləşmiş avtomobil yollarına şamil olunur.

Digər dəyişikliyə əsasən, taksinin sifariş üçün avtobus dayanacaqlarında dayanmaq hüququ yoxdur.

19 yaşından yuxarı hərbçilərə CE, D və DE kateqoriyaları ilə avtomobil sürmək üçün hüquq verilir.

Xəbər lenti

Xəbər lenti