...

Azərbaycanda yalnız özünü real müxalifət hesab edənlər eqoistdirlər – müxalifət sədri

Siyasət Materials 12 İyul 2010 15:43 (UTC +04:00)
Azərbaycanda yalnız özünü real müxalifət hesab edənlər eqoistdirlər. Bunu bazar ertəsi Trend-ə müxalif Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib.
Azərbaycanda yalnız özünü real müxalifət hesab edənlər eqoistdirlər – müxalifət sədri

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda yalnız özünü real müxalifət hesab edənlər eqoistdirlər. Bunu bazar ertəsi Trend-ə müxalif Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirib.

"Ayrı-ayrı partiyalar deyirlər ki, real müxalifət bizik, başqaları zəifdir. Bunu eqoistik yanaşma hesab edirik. Müxalifətin bu gün sıraları o qədər də geniş deyil. Bu cür hərəkətlər müxalifəti daha da zəiflədir", - Oruc əlavə edib.

Partiya sədri bildirib ki, bu cür bəyanatlar əsasən partiya funksionerlərinin dilindən səslənir.

"Bu fikirlər ayrı-ayrı partiya, misal üçün Müsavatın da, AXCP-nin də funksionerlərinin dilindən səslənir. Müsavat Partiyasının DUİ ilə əməkdaşlığında Müsavat başqanı İsa bəyin mövqeləri müxalifətin daha geniş çevrəsinin, real, həqiqi müxalifətin bir araya gəlməsinə istiqamətlənib. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin bu məsələ ilə bağlı zaman-zaman açıqlamaları olub. Ancaq ayrı-ayrı müavinlərin, funksionerlərin dilindən eqoistik çıxışlar olur", - Oruc bildirib.

Oruc müxalifətdaxili inteqrasiya məsələsinə də toxunub.

"Əməkdaşlığın müxtəlif versiyaları səslənir. Demokratiya Uğrunda İttifaq (DUİ) bununla bağlı danışıqlara açıq olduğunu, müxalifətdaxili əməkdaşlığa hazır olduğunu bildirib. Təklifimiz var idi ki, DUİ, Müsavat və "Azadlıq" çərçivəsində danışıqlar aparılsın. "Azadlıq" blokunun daxilində baş verən problemlərlə bağlı çətinliklər ortada var. Hər bir halda bütün siyasi qüvvələrlə əməkdaşlığı mümkün hesab edirik və bunu istəyirik. Mən real müxalifətin bütün çevrəsini ehtiva edən iş birliklərini, blokların irəli sürülməsini daha doğru, daha məqbul hesab edirəm", - Oruc deyib.

Dеmоkrаtiyа Uğrunda İttifаqı 2005-ci il parlamеnt seçkisindən sonra müxalifətçi Klassik Xalq Cəbhəsi, Azadlıq və Milli Demokrat partiyaları yаrаdıb. 2008-ci il sеntyаbrın əvvəllərində Böyük Azərbаycаn, nоyаbr аyındа isə Хаlq pаrtiyаlаrı DUİ-yə üzv qəbul оlunub. İttifаq bu pаrtiyaların məşvərət və əməkdaşlıq qurumudur. 2009-ci ilin oktyabr ayında Milli Demokrat Partiyası DUİ-dən çıxarılıb və Milli Qurtuluş Partiyasının quruma üzv qəbul olunması barədə qərar verilib.

Xəbər lenti

Xəbər lenti