...

Heydər Əliyev Fondu ilə Litvanın Azərbaycandakı səfirliyi arasında humanitar sahədə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Siyasət Materials 12 İyul 2010 20:14 (UTC +04:00)
İyulun 12-də Heydər Əliyev Fondu ilə Litvanın Azərbaycandakı səfirliyi arasında humanitar sahədə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Heydər Əliyev Fondu ilə Litvanın Azərbaycandakı səfirliyi arasında humanitar sahədə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

İyulun 12-də Heydər Əliyev Fondu ilə Litvanın Azərbaycandakı səfirliyi arasında humanitar sahədə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sənədi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva və Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmanas imzalayıblar.

Qonağı Heydər Əliyev Fondunda səmimi salamlayan Mehriban xanım Əliyeva mədəniyyət, təhsil, səhiyyə, hüquq sahələrini əhatə edən əməkdaşlığın rəsmiləşdirilməsindən məmnunluğunu bildirib. Bununla ikitərəfli əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu deyən Heydər Əliyev Fondunun prezidenti sənədin gələcəkdə yeni birgə layihələrin həyata keçirilməsinə zəmin yaradacağına ümidvar olduğunu söyləyib. Mehriban xanım qeyd edib ki, Heydər Əliyev Fondu bu istiqamətdə əməkdaşlığa hazırdır.

Səfir Kestutis Kudzmanas Heydər Əliyev Fondunun fəaliyyəti ilə yaxından tanış olduğunu bildirərək, Fondun gördüyü işləri, reallaşdırdığı mühüm layihələri yüksək qiymətləndirib.

Litva səfiri Fondun uşaqlarla bağlı çox mühüm layihələr həyata keçirdiyini deyərək, imzalanan memorandumun azərbaycanlı gənclər üçün yeni imkanlar açdığını söyləyib. Belə ki, memorandum çərçivəsində bu il xüsusi istedada malik 20 azərbaycanlı gənc Litvanın aparıcı universitetlərində ödənişsiz əsaslarla təhsil almaq hüququ qazanacaq. Vurğulanıb ki, Litva səfirliyi Heydər Əliyev Fondunu azərbaycanlı gənclərin bu ölkədə təhsil alması üçün ən yaxın tərəfdaşı hesab edir.

Xəbər lenti

Xəbər lenti