...

Azərbaycan Prezidentinin Ukraynaya səfər proqramı hazırlanır – Ukrayna XİN

Siyasət Materials 19 İyul 2010 14:25 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya səfər proqramı hazırlanır. Bu barədə bazar ertəsi jurnalistlərə Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko bildirib.
Azərbaycan Prezidentinin Ukraynaya səfər proqramı hazırlanır – Ukrayna XİN

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya səfər proqramı hazırlanır. Bu barədə bazar ertəsi jurnalistlərə Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko bildirib.

Ukrayna XİN rəhbəri səfərin detallarını, eləcə də onun gündəliyini azərbaycanlı həmkarı Elmar Məmmədyarovla bazar ertəsi Bakıda müzakirə edib. Qrişenko bildirib ki, Azərbaycan Prezidentinin Kiyevə səfəri çərçivəsində Azərbaycan və Ukrayna prezidentləri Şurasının ikinci iclası da keçiriləcək.

Onun sözlərinə görə, indi Ukrayna tərəfi hökumətlərarsı komissiyanın səkkizinci iclasının keçirilməsini nəzərdən keçirir.

"Azərbaycanla Ukrayna arasında daima isti münasibətlər olub, hər iki ölkənin siyasi rəhbərliyi nəzərdə tutulanları təkcə razılaşdırmaq deyil, həm də onları həyata keçirməyə qadirdirlər", - Qrişenko bildirib.

Xəbər lenti

Xəbər lenti