...

Gürcüstanın yeni Konstitusiya layihəsi parlamentə çıxarılıb

Siyasət Materials 21 İyul 2010 20:49 (UTC +04:00)
Gürcüstan parlamentinin sədri David Bakradze çərşənbə günü Dövlət Konstitusiya Komissiyasının sədri Avtandil Demetraşvili ilə görüşüb.
Gürcüstanın yeni Konstitusiya layihəsi parlamentə çıxarılıb

Gürcüstan, Tbilisi, 21 iyul /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan parlamentinin sədri David Bakradze çərşənbə günü Dövlət Konstitusiya Komissiyasının sədri Avtandil Demetraşvili ilə görüşüb. Görüşün əsas mövzusu Gürcüstan Prezidentinin parlamentə çıxartdığı yeni Konstitusiya layihəsinin müzakirəsi olub.

Parlament elə bu gün layihənin açıq şəkildə müzakirəsini təmin edəcək xüsusi komissiya yaradacaq. Komissiyaya deputat, ekspert və icra hakimiyyətinin nümayəndələri daxil olacaqlar. Bundan başqa, komissiyada müxalifət də təmsil olunacaq.

Komissiya müzakirələr zamanı səslənəcək irad və tövsiyələrlə üzərində bir ay ərzində işləyəcək.

Xəbər lenti

Xəbər lenti