...

Gürcüstanın Samsxe-Cavaxetiya regionunda güclü yanğını söndürmək mümkün deyil

Siyasət Materials 6 Avqust 2010 20:33 (UTC +04:00)
Axalsix rayonunun Askuri kəndində (Samsxe-Cavaxetiya, Cənubi Gürcüstan) meşədə əmələ gələn yanğını söndürmək mümkün olmur, hətta o daha da güclənir. Trend-ə Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Nazirliyindən bildirdiklərinə görə, alovla mübarizəni köhnə küknar ağaclarının yanması daha da çətinləşdirir.
Gürcüstanın Samsxe-Cavaxetiya regionunda güclü yanğını söndürmək mümkün deyil

Gürcüstan, Tbilisi, 6 avqust /Trend, müxbir N.Kirsxaliya/

Axalsix rayonunun Askuri kəndində (Samsxe-Cavaxetiya, Cənubi Gürcüstan) meşədə əmələ gələn yanğını söndürmək mümkün olmur, hətta o daha da güclənir. Trend-ə Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Nazirliyindən bildirdiklərinə görə, alovla mübarizəni köhnə küknar ağaclarının yanması daha da çətinləşdirir.

Yanğın yerinə xilasetmə xidmətləri, texnika və aviasiya səfərbər edilib.

Askuridə 1000 xilasedici yanğını söndürməyə çalışır. Lakin indiyədək alovu söndürmək mümkün olmayıb. Yanğın ocaqları yaşayış məntəqələrinin 5-7 kilometrliyində yerləşir və hazırda yerli əhali üçün təhlükə yoxdur.

Alovun nə qədər ərazini əhatə etməsi hələ ki məlum deyil; belə ki xilasedicilər meşəyə daxil ola bilmirlər. Söndürülmə işinə rəhbərlik edən ətraf mühitin mühafizəsi naziri Qoqa Xaçidze Askuri kəndindədir.

Yanğın avqustun 4-dən başlayıb.

Xəbər lenti

Xəbər lenti