...

Yaponiya XİN rəhbəri Qazaxıstana səfər edəcək

Siyasət Materials 6 Avqust 2010 20:16 (UTC +04:00)
Astanada Yaponiyanın xarici işlər naziri Kasuya Okadanın rəsmi səfərini gözləyirlər.

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir S.Süleymanov/

Astanada Yaponiyanın xarici işlər naziri Kasuya Okadanın rəsmi səfərini gözləyirlər. Bu barədə brifinqdə nazirliyin rəsmi nümayəndəsi Əsgər Əbdrəhmanov deyib.

"Avqustun 9-10-da Yaponiyanın xarici işlər naziri Kasuya Okada Astanaya rəsmi səfərə gələcək", - Əbdrəhmanov bildirib.

Onun sözlərinə görə, səfər zamanı tərəflər iki ölkənin əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər.

"Yaponiyalı qonaq Qazaxıstan rəhbərliyi ilə də danışıqlar aparacaq. Danışıqlarda Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin 2008-ci ilin iyulunda Tokioya etdiyi rəsmi səfər zamanı əldə olunan razılaşmaların həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə ediləcək", - XİN-in rəsmi nümayəndəsi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti