...

Azərbaycan Prezidenti Moldovanin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Siyasət Materials 11 Avqust 2010 19:28 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Moldova Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İqor Bodiunun etimadnaməsini qəbul edib, - AzərTAc Dövlət Agentliyi xəbər verir.
Azərbaycan Prezidenti Moldovanin ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 11-də Moldova Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İqor Bodiunun etimadnaməsini qəbul edib, - AzərTAc Dövlət Agentliyi xəbər verir.

Səfir İqor Bodiu fəxri qarovul dəstəsinin qarşısından keçib. İqor Bodiu etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı yeni təyinatı münasibətilə səfiri təbrik edib və ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev İqor Bodiunun Azərbaycandakı diplomatik fəaliyyəti dövründə də ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycan ilə Moldova arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu vurğulayan dövlətimizin başçısı ötən illər ərzində bu istiqamətdə mühüm işlərin görüldüyünü deyib və bu müsbət meylin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib.

Səfir İqor Bodiu Moldova Respublikası rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırıb. Azərbaycanın Moldova üçün həmişə dost ölkə olduğunu vurğulayan səfir, ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib.

Dövlətimizin başçısı Moldova Respublikası rəhbərliyinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Moldovanın rəhbərliyinə çatdırmağı xahiş edib.

Xəbər lenti

Xəbər lenti