...

Azərbaycanda daha bir yerli təşkilat Parlament seçkilərində exit-poll keçirmək niyyətindədir

Siyasət Materials 27 Avqust 2010 13:15 (UTC +04:00)
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Parlament seçkilərində exit-poll keçirmək niyyətindədir.
Azərbaycanda daha bir yerli təşkilat Parlament seçkilərində exit-poll keçirmək niyyətindədir

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir M. Əliyev/

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Parlament seçkilərində exit-poll keçirmək niyyətindədir, - Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib.

"Exit-poll-un keçirilməsi AVCİYA-nın kollegial şəkildə qəbul edəcəyi qərardan asılıdır", - Zülfüqarlı bildirib.

Azərbaycanda keçirilən son seçkilərdə exit-poll yerli təşkilatlardan yalnız "ELS" Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən təşkil olunub.

Azərbaycanda Parlament seçkilərinin noyabrın əvvəllərində keçirilməsi planlaşdırılır.

Zülfüqarlının sözlərinə görə, qərarın sentyabrın 15-dək verilməsi gözlənilir.

AVCİYA Parlament seçkilərində fəaliyyəti çərçivəsində regional ofislərin Parlament seçkilərinə uyğunlaşdırılmasını, regionda müşahidəçilər üçün treninqlər keçəcək təlimçilərin hazırlanmasını başa çatdırıb.

Assosiasiya sentyabrın əvvəlindən başlayaraq, müşahidəçilərin müəyyən edilməsini və onların qanunamüfaiq qeydiyyatdan keçirilməsini, bütün bölgələrdə yerli əməkdaşları tərəfindən müşahidəçilərin treninqinin təşkilini, regionlarda seçicilərin fəallığının artırılması üçün maarifləndirici işlərin aparılmasını planlaşdırır.

Xəbər lenti

Xəbər lenti