...

Azərbaycan Pakistanda baş vermiş təbii fəlakətlə bağlı ayırdığı məbləği artırıb - XİN

Siyasət Materials 27 Avqust 2010 14:05 (UTC +04:00)
Pakistan İslam Respublikasında baş vermiş təbii fəlakətlə əlaqədar, təbii fəlakətdən zərərçəkmiş insanlara yardım göstərilməsi və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə, Azərbaycan dövləti ayırdığı məbləği artırıb.
Azərbaycan Pakistanda baş vermiş təbii fəlakətlə bağlı ayırdığı məbləği artırıb - XİN

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir S.Ağayeva/

Pakistan İslam Respublikasında baş vermiş təbii fəlakətlə əlaqədar, təbii fəlakətdən zərərçəkmiş insanlara yardım göstərilməsi və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə, Azərbaycan dövləti ayırdığı məbləği artırıb.

Xarici İşlər Nazirliyi mətbuat xidmətindən cümə günü Trend-ə bildiriblər ki, Azərbaycan tərəfindən 1 milyon ABŞ dolları məbləğində ayrılmış maddi yardıma əlavə olaraq, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığı və Nazirlər Kabinetinin 21 avqust 2010-cu il tarixli qərarı ilə qardaş Pakistan xalqına əlavə olaraq 1 milyon ABŞ dolları yardım ayrılıb.

Bununla yanaşı, 27 avqust tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ayrılmış - ümumi çəkisi 40 ton, dəyəri 350 000 manat olan qida məhsulları, geyim və məişətdə istifadə edilən digər zəruri mallarla yüklənmiş təyyarə Pakistan İslam Respublikasına göndərilib.

29 avqust tarixində isə növbəti təyyarə ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin ayırdığı 104 834 manat dəyərində qida məhsulları, geyim və dərman preparatlarından ibarət yük Pakistana göndəriləcək.

Xəbər lenti

Xəbər lenti