...

MDB-nin Parlamentlərarası Assambleyası Azərbaycanda keçiriləcək Parlament seçkilərini müşahidə etməyə hazırlaşır

Siyasət Materials 27 Avqust 2010 14:52 (UTC +04:00)
MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın, Parlamentarizmin İnkişafının və Vətəndaşların Seçki Hüquqlarına Riayət Olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialı sentyabrın 10-dan Azərbaycanda keçiriləcək Parlament seçkilərinin təşkili və gedişini izləməyə başlayacaq. Bu barədə filialın məlumatında deyilir.
MDB-nin Parlamentlərarası Assambleyası Azərbaycanda keçiriləcək Parlament seçkilərini müşahidə etməyə hazırlaşır

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir M.Əliyev/

MDB Parlamentlərarası Assambleyasının Demokratiyanın, Parlamentarizmin İnkişafının və Vətəndaşların Seçki Hüquqlarına Riayət Olunmasının Monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialı sentyabrın 10-dan Azərbaycanda keçiriləcək Parlament seçkilərinin təşkili və gedişini izləməyə başlayacaq. Bu barədə filialın məlumatında deyilir.

MDB-nin Parlamentlərarası Assambleyasının Bakı filialı Azərbaycanın beş regionunda seçki qərargahları yaradacaq. Hər bir qərargahda dörd ekspert fəaliyyət göstərəcək.

Ekspertlər seçkilərə hazırlıq, seçkilərin təşkili və keçirilməsi üzrə uzunmüddətli müşahidələr həyata keçirəcəklər.

Azərbaycanda Parlament seçkilərinin keçirilməsi 2010-cu il noyabrın 7-nə planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti