...

İlham Əliyev Dmitri Medvedevə başsağlığı verib

Siyasət Materials 10 Sentyabr 2010 14:03 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasıyasının Prezidenti Dmitri Medvedevə başsağlığı verib.
İlham Əliyev Dmitri Medvedevə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasıyasının Prezidenti Dmitri Medvedevə başsağlığı verib. Məlumatı cümə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Vladiqafqazda terror aktı nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən sarsıtdı. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların qohumlarına və yaxınlarına, bütün Rusiya xalqına səmimi qəlbdən başsağlığı verirəm. Zərərçəkənlərə tezliklə sağalmağı arzulayıram", - başsağlığında deyilir.

Xəbər lenti

Xəbər lenti