...

Azərbaycan Parlamenti məhkəmə hakimlərinə aylıq pul təminatı ödənilməsi barədə qanuna əlavə və dəyişiklikləri qəbul edib

Siyasət Materials 8 Oktyabr 2010 13:39 (UTC +04:00)
Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında "Məhkəmələr və hakimlər haqqında" Qanuna əlavə və dəyişikliklər edilib.
Azərbaycan Parlamenti məhkəmə hakimlərinə aylıq pul təminatı ödənilməsi barədə qanuna əlavə və dəyişiklikləri qəbul edib

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Parlamenti məhkəmə hakimlərinə aylıq pul təminatı ödənilməsi barədə qanuna əlavə və dəyişiklikləri qəbul edib.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında "Məhkəmələr və hakimlər haqqında" Qanuna əlavə və dəyişikliklər edilib.

Qanuna olunan əlavəyə əsasən, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Ali Məhkəmənin hakimlərinə vəzifə maaşının 25, apelyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir.

Digər əlavə və dəyişikliklərə görə, ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə biraylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödəniləcək.

İclasda, həmçinin, "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanunlara əlavə və dəyişikliklər edilməsi qəbul olunub.

Xəbər lenti

Xəbər lenti