...

Rusiya pravoslav kilsəsinin nümayəndələri Tbilisiyə gələcək

Siyasət Materials 11 Oktyabr 2010 16:21 (UTC +04:00)
"Svetisxovloba" bayramı ilə əlaqədar olaraq Tbilisiyə bir sıra ölkələrin pravoslav kilsələrinin nümayəndə heyətləri gələcəklər.
Rusiya pravoslav kilsəsinin nümayəndələri Tbilisiyə gələcək

Gürcüstan, Tbilisi, 11 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

"Svetisxovloba" bayramı ilə əlaqədar olaraq Tbilisiyə bir sıra ölkələrin pravoslav kilsələrinin nümayəndə heyətləri gələcəklər. Gürcüstan Patriarxlığından Trend-ə verilən məlumata görə, Serbiya, Qüds, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya və ABŞ-ın pravoslav kilsələrinin nümayəndə heyətləri günorta Tbilisidə olacaqlar. Oktyabrın 12 və 13-də Patriarxlıqda qonaqların gəlməsini gözləyirlər.

Fəxri qonaqlar arasında pravoslav kilsələrinin iki rəhbəri olacaq. Bu gün Gürcüstana gələcək Albaniyanın baş yepiskopu Anastosiosu və sabah gələcək Çexiya kilsəsinin mitropoliti Xristoforu xüsusilə gözləyirlər. Həmçinin, oktyabrın 13-də Rusiya pravoslav kilsəsinin xarici kilsə əlaqələri şöbəsinin müdiri, Volokalomsk mitropoliti İllarionun başçılığı altında Rusiyadan nümayəndə heyətinin gəlişi gözlənilir. Dünən Polşa kilsəsinin nümayəndə heyəti Tbilisiyə gəlib.

Qonaqlar "Svetisxoveli" kilsəsinin tikilməsinin 1700 illiyi və onun bərpasının min illiyinə həsr olunmuş konfransda iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti