...

İranın nüvə proqramı məsələsi danışıqlar yolu ilə həll edilməlidir – Azərbaycan XİN başçısı

Siyasət Materials 22 Oktyabr 2010 12:19 (UTC +04:00)
İranın nüvə proqramı məsələsi danışıqlar və diplomatik yolla həll edilməlidir. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü Bakıda beynəlxalq münasibətlərə həsr olunmuş "Dəyişən dünyada Cənubi Qafqaz" simpoziumunun açılışında bildirib.
İranın nüvə proqramı məsələsi danışıqlar yolu ilə həll edilməlidir – Azərbaycan XİN başçısı

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Y.Ostapenko/

İranın nüvə proqramı məsələsi danışıqlar və diplomatik yolla həll edilməlidir. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü Bakıda beynəlxalq münasibətlərə həsr olunmuş "Dəyişən dünyada Cənubi Qafqaz" simpoziumunun açılışında bildirib.

"İran bizim yaxın qonşumuzdur və mehriban qonşuluq münasibətləri qurmağa çalışırıq", - nazir bildirib.

Onun sözlərinə görə, Azərbaycanı İranla çox məqamlar bağlayır.

"Biz Naxçıvana düşmək üçün İran ərazisindən istifadə edirik. Bizi çoxlu sayda birgə layihələr birləşdirir: İran tərəfi indi Astarada dəmir yolu tikir", - Məmmədyarov deyib.

Nazirin sözlərinə görə, İran tərəfi ilə, eləcə də İran XİN başçısı Mənuçöhr Möttəki ilə mütəmadi olaraq danışıqlar aparılır.

"İranın nüvə proqramı ilə bağlı Azərbaycanın mövqeyi aydındır: dinc sülh enerjisinin inkişafına çalışan istənilən ölkənin buna hüququ var və İran atom enerjisi məsələləri ilə məşğul olan BAEA ilə əməkdaşlıq edir", - nazir bildirib.

2003-cü ildən İranın nüvə proqramı BAEA-də, onun gizli fəaliyyəti məlum olandan sonra, narahatlıq doğurur. Bir sıra dövlətlər, o cümlədən, ABŞ İranın nüvə silahı yaratmağa can atdığına əmindir və hadisələrin bu cür inkişafının dayandırılmasını tələb edir.

Lakin İran nüvə silahının yayılmamasına dair Müqavilə iştirakçısı kimi, nüvə texnologiyalarından dinc məqsədlər üçün istifadə etməyə tamhüquqlu olduğunu iddia edir.

BMT TŞ indiyədək İrana qarşı sanksiyaların tətbiqinə yönəlmiş altı qətnamə qəbul edib. Həmin qətnamələr İrandan uranın zənginləşdirilməsini dayandırmağı tələb edir. Qətnamələrdən ikisi xəbərdarlıq xarakteri daşıyır. Tehran isə bütün ittihamları rədd edir və onun nüvə proqramının tamamilə dinc məqsədlər daşıdığını bəyan edir.

Zənginləşdirilmiş uran nüvə silahının istehsalı üçün istifadə oluna bilər. Bununla belə, zənginləşdirilmiş uran atom elektrik stansiyaları üçün yanacaq kimi lazımdır. Bir sıra dövlətlər, həmçinin ABŞ əmindir ki, İran nüvə silahının yaradılmasına can atır və hadisələrin belə inkişafının qarşısını almağı tələb edir.

İyunda İran BAEA-nın iki müfəttişinin ölkəyə giriş hüququnu rədd edib. İran Xarici İşlər Nazirliyinin rəhbəri Mənuçöhr Möttəki deyib ki, "İranda "persona-non-qrata" elan edilən müfəttişlər "İranın nüvə proqramı haqqında səhv məlumatlar veriblər" və "vaxtından əvvəl rəsmi informasiyanı elan ediblər".

Xəbər lenti

Xəbər lenti