Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir T.Hacıyev/
Mərkəzi Seçki Komissiyasında bu günədək 577 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Trend-in məlumatına görə, bu barədə cümə günü keçirilən iclasda MSK sədri Məzahir Pənahov bildirib.
Onun sözlərinə görə, seçkiləri izləmək üçün 1655 nəfər yerli müşahidəçi MSK-da, 18 600 nəfərə yaxın müşahidəçi isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib. Pənahov bildirib ki, xarici KİV-lər də seçkiləri izləmək üçün MSK-da akkreditasiyadan keçiblər: "Röyters" agentliyi 1 nəfər, TRT 4, İhlas Xəbər Agentliyi 1, İTAR-TASS 1 nəfər, ümumilikdə 20-yə yaxın nümayəndə qeydiyyatdan keçib.
Azərbaycanda parlament seçkisi noyabrın 7-də keçiriləcək.