...

Azərbaycan Prezidentinin rəsmi internet saytının mobil versiyası fəaliyyətə başlayıb

Siyasət Materials 27 Oktyabr 2010 11:36 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı mütəmadi olaraq istifadəçilər üçün yeni imkanlar təqdim edir.
Azərbaycan Prezidentinin rəsmi internet saytının mobil versiyası fəaliyyətə başlayıb

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı mütəmadi olaraq istifadəçilər üçün yeni imkanlar təqdim edir. Son bir neçə ayda saytın dizaynı ən yeni texnologiyalar əsasında yenilənib, saytın məktəblilər üçün xüsusi versiyası hazırlanıb, dünyada məşhur video paylaşım saytı olan YouTube-da Prezidentin rəsmi videokanalı fəaliyyətə başlayıb, qlobal sosial şəbəkə olan Twitter-də Prezidentin səhifəsi yaradılıb, İPhone istifadəçiləri üçün saytın xüsusi platforması hazırlanıb və çox sayda digər yeni funksiyalar istifadəçilərin xidmətinə verilib.

Mobil internet məkanının dinamik inkişafını və yüksələn önəmini nəzərə alaraq, Azərbaycan Prezidentinin rəsmi internet saytının mobil versiyası istifadəçilərin ixtiyarına verilib. Bundan sonra mobil telefon istifadəçiləri asanlıqla öz telefonlarından ölkə başçısının fəaliyyəti ilə bağlı operativ xəbərlərlə tanış ola, prezidentin nitqlərini və müsahibələrini oxuya, eyni zamanda şəkillərə baxa bilərlər.

Mobil telefon istifadəçiləri saytın mobil versiyasına aşağıdakı ünvandan daxil ola bilərlər:
www.president.az/mobile

Xəbər lenti

Xəbər lenti