...

İstənilən namizədin seçicilərlə görüşü zamanı asayişi təmin etmək üçün polis ayrılmalıdır – MSK sədri

Siyasət Materials 30 Oktyabr 2010 17:30 (UTC +04:00)
İstənilən namizəd Dairə Seçki Komissiyasında görüş keçirən zaman bu barədə polisə məlumat verməlidir. Bu barədə Mərkəzi Seçki Komissiyasının şənbə günü keçirilən iclasında komissiya sədri Məzahir Pənahov deyib.
İstənilən namizədin seçicilərlə görüşü zamanı asayişi təmin etmək üçün polis ayrılmalıdır – MSK sədri

Azərbaycan, Bakı, 30 oktyabr/Trend, müxbir T.Hacıyev/

İstənilən namizəd seçicilərlə görüş keçirən zaman bu barədə polisə məlumat verməlidir. Bu barədə Mərkəzi Seçki Komissiyasının şənbə günü keçirilən iclasında komissiya sədri Məzahir Pənahov deyib.

"Çünki asayişin təmin olunması təkcə namizədin işi deyil. Orada hər hansı bir hadisə baş versə, həmin namizəd bizi məhkəməyə verə bilər. Polisin orada iştirakı onun prosesə müdaxil etməsi deyil" - Pənahov əlavə edib.

MSK sədri qeyd edib ki, polisə asayişi təmin etmək üçün müraciət olunsa və o, orada asiyişi təmin etməsə, bu halda MSK tərəfindən polisə irad tutulacaq: "Əgər namizəd görüşlər keçirəcəyi barədə polisə məlumat verməsə, orada hər hansı bir hadisə baş versə bütün məsuliyyət namizədin üzərinə düşür. Belə hal baş verərsə, biz həmin namizədi cəzalandıracağıq." - o qeyd edib.

Azərbaycanda Parlament seçkilərinin 2010-cu ilin noyabr ayının 7-də keçiriləcək.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda Parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

Xəbər lenti

Xəbər lenti