...

Bəzi şəxslərin deputatlığa namizədliyini geri götürməsi normal prosesdir - Azərbaycan MSK sədri

Siyasət Materials 4 Noyabr 2010 17:12 (UTC +04:00)
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri parlament seçkiləri zamanı bəzi şəxslərin namizədliyini geri götürməsini normal proses sayır.
Bəzi şəxslərin deputatlığa namizədliyini geri götürməsi normal prosesdir - Azərbaycan MSK sədri

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri parlament seçkiləri zamanı bəzi şəxslərin namizədliyini geri götürməsini normal proses sayır.

"Siyasi partiyaların atdığı addımlar onların planlarına xidmət edir. Dünyada ümumi qəbul olunmuş bir ənənə var ki, müəyyən namizədlər seçki marafonunda namizədliklərini geri götürürlər", - bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov bildirib.

İndiyə qədər 741 nəfərin namizədliyi qeydə alınıb, onlardan 53 nəfəri namizədliyini geri götürüb. 688 nəfər noyabrın 7-də parlament seçkilərində iştirak etmək niyyətindədir.

"İstənilən namizədi deputatlığa namizədliyini geri götürməyə vadar edən əsas cəhət odur ki, o, bu yolda nə qədər nailiyyət əldə edə biləcəyini hesablayır və bunun əsasında qərar qəbul edir", - Pənahov əlavə edib.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-də keçiriləcək. Sentyabrın 3-də seçkilərə rəsmi start verilib.

Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır.

Xəbər lenti

Xəbər lenti