...

Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdən çoxu səsvermədə iştirak edib

Siyasət Materials 7 Noyabr 2010 17:30 (UTC +04:00)
Cəzaçəkmə müəssisələrində 14 dairə üzrə 23 məntəqə fəaliyyət göstərir.
Saat 17:00-a olan məlumata görə, Azərbaycanda məhkumların 90 faizdən çoxu səsvermədə iştirak edib

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün saat 17:00-a olan məlumata görə, Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrində təşkil olunan səsvermədə məhkumların 90 faizdən çoxu iştirak edib.

Cəzaçəkmə müəssisələrində 14 dairə üzrə 23 məntəqə fəaliyyət göstərir.

Azərbaycanda parlament seçkisi ilə bağlı səsvermə yerli vaxtla saat 08:00-da başlayıb.

Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına görə, parlamentə seçkilər uğrunda 690 namizəd mübarizəyə qatılıb.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılır. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib

PX-nin tabeçiliyndə 17 cəzaçəkmə müəssisəsi, 13 xüsusi, 13 məntəqə tipli müəssisə, 3 istintaq təcridxanası, 2 tibb müəssisəsi var.

Xəbər lenti

Xəbər lenti