...

İlham Əliyev Horadiz Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 11 Noyabr 2010 20:33 (UTC +04:00)
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrın 11-də Horadiz Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak etmişdir
İlham Əliyev Horadiz Olimpiya-İdman Kompleksinin açılışında iştirak edib (FOTO)

RED. əlav.: şəkillər əlavə olunub

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva noyabrın 11-də Horadiz Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak etmişdir. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi, kompleksdə yaradılmış şəraitlə tanış oldu.

Foyedə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin idmanın inkişafına və idmançılara diqqət və qayğısını əks etdirən fotostend yaradılmışdır.

Məlumat verildi ki, tikintisinə 2009-cu ilin fevralında başlanmış kompleks 5 hektar sahəni əhatə edir. Burada 30 yerlik mehmanxana, basketbol və voleybol meydançası, 500 yerlik zal, tennis kortu, 1860 tamaşaçı yeri olan futbol meydançası, avtomobil dayanacağı vardır. Olimpiya-İdman Kompleksinə, həmçinin soyunub-geyinmə otaqları, duşxana, sauna və masaj otaqları, tibb məntəqəsi, bufet, inzibati otaqlar və yataq otaqları daxildir. Kompleksin ərazisində su anbarı, su çəni qülləsi, elektrik yarımstansiyası da inşa olunmuşdur. Ərazidə abadlıq işləri aparılmış, yaşıllıq zolağı salınmışdır.

Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi. 

Foto - www.azertag.com

Xəbər lenti

Xəbər lenti