...

Azərbaycanın Mərkəzi Seçki Komissiyasında seçkilərin nəticələrinə dair müraciətlərə baxılıb

Siyasət Materials 13 Noyabr 2010 17:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyasının şənbə günü keçirilən iclasında 31 müraciətə baxılıb. Trend-in məlumatına görə, 26 müraciətin araşdırılma müddəti uzadılıb. 4 müracət təmin olunmayıb, müraciətlərdən birinin tələbi aydın olmadığından ərizəçiyə geri qaytarılıb.

Azərbaycanda noyabrın 7-də parlament seçkiləri keçirilib. Səsvermədə seçicilərin 50,14 faizi (2480205 seçici) iştirak edib. Seçkilərdə 690 namizəd mandat almaq uğrunda mübarizə aparıb.

Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində aparılıb. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

Xəbər lenti

Xəbər lenti