...

Azərbaycanın Kanadadakı səfiri Ontario əyalətinin parlamentindəki tədbirdə çıxış edib

Siyasət Materials 27 Noyabr 2010 06:08 (UTC +04:00)
Cümə günü Kanadanın Toronto şəhərində Ontario Proqressiv Müsəlmanlar Assosiasiyası tərəfindən Ontario əyalətinin parlamentində ziyafət keçirilib. Tədbirdə Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev əsas çıxışçı qismində nitq söyləyib. Bu barədə Azərbaycanın Kanadadakı səfirliyinin məlumatında bildirilir.
Azərbaycanın Kanadadakı səfiri Ontario əyalətinin parlamentindəki tədbirdə çıxış edib

Azərbaycan, Bakı, 27 noyabr /Trend/ 

Cümə günü Kanadanın Toronto şəhərində Ontario Proqressiv Müsəlmanlar Assosiasiyası (Association of Progressive Muslims of Ontario) tərəfindən Ontario əyalətinin parlamentində ziyafət keçirilib. Tədbirdə Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev əsas çıxışçı qismində nitq söyləyib. Bu barədə Azərbaycanın Kanadadakı səfirliyinin məlumatında bildirilir. 

Çıxış zamanı İslam və Qərb dünyası ilə əlaqələrə toxunan Şəfiyev bir sıra Qərb ölkələrində islamofobiyanın formalaşmasını təəssüflə qeyd etmişdir. Azərbaycanın dünyəvi dövlət və əhalisinin 90%-dən çoxunun müsəlman olduğunu söyləyən səfir ölkəmizdə bir neçə sinaqoq və kilsənin fəaliyyət göstərdiyini və bunun ictimaiyyət tərəfindən normal qarşılandığını bildirmişdir. Şəfiyev təcavüzə məruz qalmasına və işğal olunmuş ərazilərdə məscidlərin dağıdılmasına baxmayaraq, Azərbaycanda xristian və digər dinlərə qarşı tolerant münasibətin olduğunu qeyd etmişdir. 

Tədbir zamanı Şəfiyevə fərqlənmə mükafatı təqdim olunmuşdur. 

Eyni zamanda, səfir Torontonun yerli radiosu "John Tory Show" proqramına müsahibə vermişdir. Müsahibə zamanı Fərid Şəfiyev ölkəmizdə dini tolerantlıqla bağlı dinləyicilərə ətraflı məlumat vermişdir.

Xəbər lenti

Xəbər lenti