...

Bakıda Rumıniyanın Müstəqillik Günü qeyd edilib

Siyasət Materials 1 Dekabr 2010 20:14 (UTC +04:00)
Qonaqlara salamlarla Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Ureke müraciət edib. "Mən bütün iştirakçılarla ölkəmiz üçün bu mühüm bayramın qeyd edilməsini bölüşdüyümə görə şadam", - diplomat bildirib.
Bakıda Rumıniyanın Müstəqillik Günü qeyd edilib

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir M.Əliyev/

Bakıda Rumıniyanın Müstəqillik Günü qeyd edilib.

Qonaqlara salamlarla Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Ureke müraciət edib. "Mən bütün iştirakçılarla ölkəmiz üçün bu mühüm bayramın qeyd edilməsini bölüşdüyümə görə şadam", - diplomat bildirib.

"Azərbaycan Rumıniya üçün həmişə gözəl dostluq, iqtisadi və mədəni əlaqələrinin inkişaf etdirildiyi dəyərli tərəfdaş olub", - o deyib.

Mərasimdə Azərbaycan adından kənd təsərrüfatı naziri İsmət Abasov çıxış edib. O, rumın xalqını müstəqillik bayramı münasibətilə təbrik edib və iki ölkə arasında dostluq münasibətlərinin inkişafına əminliyini ifadə edib, eləcə də Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində mövqeyinin dəstəklənməsinə görə təşəkkürünü bildirib.

Rumıniya Azərbaycanın müstəqilliyini rəsmən 1991-ci il dekabrın 11-də tanıyıb. İki ölkə diplomatik münasibətləri 1992-ci il iyunun 21-də qurublar. Azərbaycan özünün Şərqi Avropada ilk səfirliyini Rumıniyada açıb.

Rumıniya NATO-ya üzv olan zaman Azərbaycanın bu təşkilatda gələcək üzvlüyünün fəal tərəfdarı olaraq, ölkənin ticarət və gəmiçilik sahəsində strateji əhəmiyyətini göstərib. Hazırda Rumıniya Azərbaycanı Avropa İttifaqına daxil olması məsələsində dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti