...

Azərbaycanın qonşu ölkələrlə mehriban münasibətləri bəzi qüvvələrə sərf etmir - Əli Həsənov

Siyasət Materials 2 Dekabr 2010 12:04 (UTC +04:00)
Rəsmi Bakı hesab edir ki, Azərbaycanın qonşu ölkələrlə mehriban münasibətləri bəzi qüvvələrə sərf etmir.
Azərbaycanın qonşu ölkələrlə mehriban münasibətləri bəzi qüvvələrə sərf etmir - Əli Həsənov

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir T.Hacıyev/

Rəsmi Bakı hesab edir ki, Azərbaycanın qonşu ölkələrlə mehriban münasibətləri bəzi qüvvələrə sərf etmir.

"Bu gün Türkiyə ilə Azərbaycan arasında olan münasibətlər, Azərbaycanla İran arasındakı münasibətlər kimlərəsə sərf etmir. Çoxları istəyir ki, Azərbaycan onların İrana basqısında bir meydan olsun. Burdan İranı bombalasınlar. Məgər İranı bombalamaq üçün Amerikanın başqa imkanlarımı yoxdur?", - cümə axşamı Azərbaycan və Türkiyə mediasının nümayəndələrinin iştirakı ilə Bakıda keçirilən seminarda Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

"Nəyə görə Azərbaycan və İran xalqları üz-üzə qoyulmalıdır?", - Həsənov deyib.

"İranda bu gün 30 milyona yaxın azərbaycanlı yaşayır. Məgər onların taleyi bizi düşündürmürmü? Düşündürür", - o, qeyd edib.

Həsənovun sözlərinə görə, Heydər Əliyev tərəfindən əsası qoyulmuş siyasətə görə, Azərbaycan qonşu xalqların dostluq, iqtisadi yarış mərkəzi ola bilər. Sözün yaxşı mənasında, rəqabət mərkəzi ola bilər, ancaq Azərbaycan qarşıdurma mərkəzi ola bilməz. Azərbaycan kimlərinsə maraqlarının mübarizə mərkəzi ola bilməz.

Xəbər lenti

Xəbər lenti