...

Gürcüstan ciddi təhlükədən qaça bilib – daxili işlər naziri

Siyasət Materials 7 Dekabr 2010 17:08 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 7 dekabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan ciddi təhlükədən qaça bilib. Terrorçu qrupun saxlanılmasını şərh edən Gürcüstanın daxili işlər naziri Vano Merabişvili belə deyib.

Bu gün Gürcüstanın daxili işlər naziri Rusiya xüsusi xidmət zabitinin sifarişi ilə Gürcüstanda bir neçə terror aktı təşkil edən, həmçinin, ABŞ səfirliyinin və Tbilisidə Leyboristlər Partiyasının ofisinin qarşısında partlayış törədən altı terrorçunun saxlanılmasını elan edib.

"Təhlükə real olub. Belə ki, aşkar edilmiş bombaların bir hissəsi artıq müəyyən olunmuş və konkret şəxslərə qarşı istifadə oluna bilərdi və bu zaman vəziyyət daha da ağır ola bilərdi", - Merabişvili vurğulayıb.

O, terrorçuların saxlanılmasında iştirak edən polis əməkdaşlarına minnətdarlığını bildirib. "Mən şadam ki, bizim polis belə nizamlı şəkildə işləyir və terror aktlarını vaxtında aşkar edir. Vətəndaşlarımız rahat ola bilərlər", - daxili işlər naziri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti