...

Azərbaycanın xarici işlər nazirinin Cənubi Koreyaya səfər proqramı açıqlanıb

Siyasət Materials 10 Dekabr 2010 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir E.Tariverdiyeva/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 14-də Cənubi Koreyaya rəsmi səfər edəcək. Bu barədə cümə günü Koreyanın "Yonhap" agentliyi Koreya Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat verib.

Seulda Azərbaycanın xarici işlər naziri ikitərəfli əlaqələrin genişləndirilməsi üzrə Cənubi Koreyalı həmkarı ilə danışıqlar aparacaq.

İkigünlük səfəri zamanı Məmmədyarov ticarət, investisiya, energetika və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsinin praktiki yollarının müzakirəsi və Koreya yarımadasında son hadisələrin qiymətləndirilməsi məqsədi ilə bu ölkənin xarici işlər naziri Kim Sunq Hvanla görüşəcək, məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti