...

Azərbaycanın xarici işlər naziri və Türkmənistan Prezidenti ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 11 Dekabr 2010 13:27 (UTC +04:00)

RED. əlav.: nazirlərin görüşü barədə məlumat əlavə olunub

Azərbaycan,  Bakı, 11 dekabr /Trend, müxbir S.Ağayeva/

Şənbə günü Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov birgünlük işgüzar səfərlə Türkmənistana səfər edib. Məlumatı Azərbaycan XİN-in mətbuat xidməti yayıb.

Səfərdə məqsəd Aşqabad şəhərində keçirilən və Türkmənistanın bitərəfliyinin 15 illiyinə həsr olunmuş "Türkmənistanın daimi bitərəfliyi - sülh, inkişaf və təhlükəsizlik naminə əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak etməkdir. Tədbirdə bir sıra beynəlxalq təşkilatların rəhbərlərinin və xarici qonaqların da iştirakı gözlənilir.

Səfər çərçivəsində nazir Məmmədyarovu Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov qəbul edib. Görüş zamanı tərəflər iki ölkə arasındakı münasibətlər və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycan XİN rəhbəri səfəri çərçivəsində Türkiyə, Türkmənistan və Özbəkistanın xarici işlər nazirləri ilə də görüşüb. Görüşlərdə ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti