Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanla Avstriya və Niderland arasında hərbi əlaqələrin perspektivləri müzakirə olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumata görə, dekabrın 15-də Azərbaycan müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Avstriya və Niderlandın səfirləri xanım Silvia Mayer-Kaybiçi və Arjen Peter Uijterlindeni qəbul edib.
Görüşlərdə regionda hərbi-siyasi vəziyyət və ölkələrarası hərbi əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Hər iki səfir müdafiə naziri Səfər Əbiyevə ölkələrinin yeni hərbi attaşesini təqdim edib.