...

Euronews telekanalının nümayəndələri Heydər Əliyev Fondunda olublar

Siyasət Materials 14 Yanvar 2011 17:23 (UTC +04:00)
Euronews telekanalının nümayəndələri yanvarın 14-də Heydər Əliyev Fondunda olublar
Euronews telekanalının nümayəndələri Heydər Əliyev Fondunda olublar

Bakıda səfərdə olan Euronews telekanalının nümayəndələri yanvarın 14-də Heydər Əliyev Fondunda olublar, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Qonaqlara ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan Fondun məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir. Müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyəti və tarixinin təbliğinə kömək edir.

Fenomen şəxsiyyət Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara diqqətlə nəzər yetirən qonaqlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə xüsusi maraq göstərmişlər.

Qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyev mətbuatın inkişafını daim diqqət mərkəzində saxlamışdır.

Euronews telekanalının Müşahidə Şurasının sədri Pyer Luici Malezani və telekanalın baş icraçı direktoru Filip Kayla Fondun xatirə kitabına ürək sözlərini yazmışlar.
Qonaqlara xatirə hədiyyələri təqdim olunmuşdur.

Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən "Böyük ömrün anları" filmi nümayiş etdirilmişdir.

Qonaqlar Fondla tanışlıqdan zəngin təəssüratla ayrılmışlar.

Xəbər lenti

Xəbər lenti