...

İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının Prezidentini qəbul edib

Siyasət Materials 14 Yanvar 2011 17:35 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Marius Vizeri qəbul edib
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının Prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Marius Vizeri qəbul edib, məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Görüşdə ölkəmizdə idmanın inkişafı ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlərdən söhbət açılmış, idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində Azərbaycanın gördüyü işlərdən danışılmışdır.

Söhbət zamanı Azərbaycanda ardıcıl olaraq mötəbər beynəlxalq idman tədbirlərinin keçirildiyi və bunların yüksək səviyyədə təşkil edildiyi vurğulanmışdır.

Xəbər lenti

Xəbər lenti