...

Azərbaycanın müdafiə təyinatlı məhsulları beynəlxalq sərgidə maraqla qarşılanır

Siyasət Materials 21 Fevral 2011 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın müdafiə təyinatlı məhsulları Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən "IDEX-2011" Beynəlxalq Müdafiə sərgisində maraqla qarşılanır. Trend-in Müdafiə Sənayesi Nazirliyinə istinadən verdiyi məlumata görə, dünyanın 70 ölkəsindən 1050-dən çox şirkətin qatıldığı sərgidə Müdafiə Sənayesi Nazirliyi 71 adda müdafiə təyinatlı məmulatla təmsil olunur.

Fevralın 20-də sərginin açılış mərasimi keçirilib. Açılış-konfransda həmin ölkədə səfərdə olan müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib.

Sərgi zamanı nazir Yavər Camalov digər ölkələrin stendləri ilə yaxından tanış olub və bir neçə ölkənin nümayəndə heyətinin başçıları ilə görüşlər keçirib.

Keçirilən görüşlərdə ikitərəfli əməkdaşlığa dair niyyət protokolları imzalanıb.

Xəbər lenti

Xəbər lenti