...

Qazaxıstan prezidentliyi uğrunda dörd namizəd mübarizə aparacaq

Siyasət Materials 3 Mart 2011 10:49 (UTC +04:00)
Hazırkı dövlət başçısı Nursultan Nazarbayev də daxil olmaqla dörd namizəd MSK-da qeydiyyata alınıblar və aprelin 3-də növbədənkənar prezident seçkilərində mübarizəni davam etdirəcəklər.
Qazaxıstan prezidentliyi uğrunda dörd namizəd mübarizə aparacaq

Qazaxıstan, Astana, 3 mart /Trend, müxbir A.Maratov/

Hazırkı dövlət başçısı Nursultan Nazarbayev də daxil olmaqla dörd namizəd MSK-da qeydiyyata alınıblar və aprelin 3-də növbədənkənar prezident seçkilərində mübarizəni davam etdirəcəklər. Bu barədə Qazaxıstan MSK məlumat verib.

"Yalnız dörd nəfər MSK-ya 91 mindən artıq seçici imzası təqdim edə bilib. Bunlar respublikanın hazırkı rəhbəri Nursultan Nazarbayev, kommunist Jambıl Ahmetbekov, senator, Vətənpərvərlər Partiyasının lideri Qəni Qasımov və "Tabiqat" ekobirliyinin lideri Mels Eleusizovdur ", - MSK katibi Baxıt Meldeşov bildirib.

Onun sözlərinə görə, MSK cümə axşamına keçən gecə lazım olan sənədləri təqdim etmədiklərinə görə namizədlər Səlim Oten, Güldanə Tokabayeva, Serik Sapaqali, Jaksıbay Bazılbayevi qeydiyyata almaqdan imtina edib. "Jeltoksan" ("Dekabr") hərəkatının fəalı Kurmanqazi Rahmetov Qazaxıstan prezidentliyinə namizədliyini geri götürüb.

Prezidentlik uğrunda 22 nəfər mübarizə aparmağı planlaşdırmışdı, lakin onların yarısı qazax dilindən imtahandan keçə bilmədi. Yerdə qalan 11 iddiaçıdan yalnız dördü MSK-ya 91 mindən artıq imza təqdim edə bilib.

Qazaxıstanda növbədənkənar prezident seçkiləri 2011-ci il aprelin 3-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti