...

Azərbaycanda sosial şəbəkələr vasitəsilə kütləvi hərəkata çağırışlar görüntü yaratmağa yönəlib - Araz Əlizadə

Siyasət Materials 9 Mart 2011 16:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda bəzi partiya nümayəndələrinin sosial şəbəkələr vasitəsilə kütləvi hərəkata çağırışları görüntü yaratmağa yönəlmiş addımlardır. Bunu Trend-ə çərşənbə günü Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə bildirib.

Əlizadə bu kimi addımların heç bir nəticəsi olmayacağını hesab edir.

Son zamanlar "Facebook" sosial şəbəkəsində Azərbaycanda "11 mart" adlı etiraz aksiyası ilə bağlı məlumatlar yayılır.

Partiya həmsədri ASDP-nin solçu partiya olaraq bu kimi çağırış vasitələrindən istifadə etmək niyyətində olmadığını bildirib.

"Mən öz fikirlərimi açıq şəkildə xalqa deyirəm. Bir yalanımı desinlər və mən siyasətdən gedirəm", - Əlizadə bildirib.

Xəbər lenti

Xəbər lenti