...

ATƏT Azərbaycandakı siyasi partiyaların həm Parlamentdə, həm də ondan kənarda aktivliyini istəyir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 14 Mart 2011 10:57 (UTC +04:00)
ATƏT Azərbaycandakı siyasi partiyaların həm Parlamentin işində, həm də Parlamentdən kənar siyasi həyatda aktivliyini arzu edir.
ATƏT Azərbaycandakı siyasi partiyaların həm Parlamentdə, həm də ondan kənarda aktivliyini istəyir (ƏLAVƏ OLUNUB)

Azərbaycanın siyasi partiyalarının nümayəndələrinin sözləri əlavə olunub (ilk xəbər saat 10:35-də yayılıb)

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir M.Əliyev/

ATƏT Azərbaycandakı siyasi partiyaların həm Parlamentin işində, həm də Parlamentdən kənar siyasi həyatda aktivliyini arzu edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ATƏT-in fəaliyyətdə olan sədri Audronyus Ajubalis Azərbaycanın siyasi partiyalarının nümayəndələri ilə görüşdə bildirib.

Onun sözlərinə görə, demokratik irəliləyişlər mühüm əhəmiyyətə malikdir.

"Azərbaycan demokratik inkişaf yolu seçib və bu istiqamətdə də inkişaf etməlidir", - Ajubalis deyib.

Onun sözlərinə görə, Azərbaycan regionda, eləcə də Avropada enerji təhlükəsizliyi baxımından mühüm dövlətdir.

Ajubalis qeyd edib ki, Azərbaycanda seçkilər və siyasi partiyalar haqqında qanunvericilik də təkmilləşdirilməlidir.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə görüşdə qoşunların təmas xəttində baş verən son insidentləri qeyd edib və Azərbaycanın səbrinin də hüdudu olduğunu bildirib.

Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı ATƏT-i Dağlıq Qarabağ münaqişəsinin həllində yeni yanaşmaların tətbiqinə çağırıb.

Ədalət Partiyasının sədri İlyas İsmayılovun sözlərinə görə, xalqların öz müqəddəratını təyin etməsi hüququ Dağlıq Qarabağ münaqişəsinə tətbiq edilə bilməz, çünki ermənilər Kaliforniya ərazisində də, Krımda da kompakt yaşayırlar.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti