...

İsveçrə Konfederasiyasının Prezidenti Naxçıvana yola düşüb

Siyasət Materials 15 Mart 2011 11:27 (UTC +04:00)
İsveçrə Konfederasiyasının Prezidenti xanım Mişelin Kalmi-Rey martın 15-də Azərbaycana rəsmi səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikasına yola düşüb
İsveçrə Konfederasiyasının Prezidenti Naxçıvana yola düşüb

Azərbaycan, Bakı, 15 mart /Trend/

İsveçrə Konfederasiyasının Prezidenti xanım Mişelin Kalmi-Rey martın 15-də Azərbaycana rəsmi səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikasına yola düşüb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İsveçrə Konfederasiyasının Prezidenti Mişelin Kalmi-Reyi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.

Xəbər lenti

Xəbər lenti