...

Dağıstan parlamentinə 4 azərbaycanlı deputat seçilib

Siyasət Materials 18 Mart 2011 18:12 (UTC +04:00)
Rusiya Federasiyası Dağıstan Respublikasında martın 13-də keçirilən parlament seçkilərində 4 azərbaycanlı deputat mandatı qazanıb.
Dağıstan parlamentinə 4 azərbaycanlı deputat seçilib

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir T.Hacıyev/

Rusiya Federasiyası Dağıstan Respublikasında martın 13-də keçirilən parlament seçkilərində 4 azərbaycanlı deputat mandatı qazanıb. Bu barədə cümə günü Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat veriblər.

Səsvermə hüququ olan 1 492 564 seçicinin qeydə alındığı bu seçkilərdə 6 partiya mübarizə aparıb. Seçicilərin 70 faizi səsvermədə iştirak edib.

Seçkilərin nəticələrinə görə Dərbənd şəhərindən iki və Dərbənd rayonundan iki azərbaycanlı millət vəkili seçilib. Dərbənd şəhərindən Xanlar Paşabəyov və Nökər Surxayev, Dərbənd rayonundan isə Nəriman Qurbanov və Əhmədxan Qurbanov deputat mandatı qazanıblar.

Dağıstan parlamentinin ötən çağırışında bir nəfər azərbaycanlı deputat var idi.

Xəbər lenti

Xəbər lenti