...

Qazaxıstanda müxalifət qəzetinin direktoru itkin düşüb

Siyasət Materials 30 Mart 2011 18:31 (UTC +04:00)
Qazaxıstanda "Respublikanın səsi" müxalifət qəzetini nəşr edən müəssisənin direktoru Daniyar Moldaşev itkin düşüb. Bu barədə Trend "QazTAQ" agentliyinə istinadən məlumat verir.
Qazaxıstanda müxalifət qəzetinin direktoru itkin düşüb

Qazaxıstanda "Respublikanın səsi" müxalifət qəzetini nəşr edən müəssisənin direktoru Daniyar Moldaşev itkin düşüb. Bu barədə Trend "QazTAQ" agentliyinə istinadən məlumat verir.

"Ötən cümə günü Moldaşev redaksiya işi ilə bağlı Moskvaya gedib və orada "Respublika" internet portalının əməkdaşları ilə görüşüb. O, Moskvadan qayıtdıqdan dərhal sonra aeroportdan evinə gedən zaman döyülərək qarət edilib. Direktordan Moskvadan gətirdiyi mühüm sənədlər və fotokamera oğurlanıb", - məlumatda deyilir.

Qəzetin baş redaktor müavini Oksana Makuşinanın dediyinə görə, döyüldükdən sonra Moldaşev əlaqə yaradıb və baş verənlər barədə məlumat verib. Bununla əlaqədar "Respublikanın səsi" qəzeti zərərçəkmişin iştirakı ilə mətbuat konfransı keçirməyi planlaşdırıb.

"Lakin çərşənbə günü Moldaşev itkin düşüb və telefon zənglərinə cavab vermir", - Makuşina qeyd edib.

Xəbər lenti

Xəbər lenti