Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Xətai rayonunun Əhmədli qəsəbəsində yeni xəstəxananın tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Sərəncamda qeyd olunur ki, Bakı şəhərinin Xətai rayon İcra Hakimiyyətinə Əhmədli qəsəbəsində yeni xəstəxananın tikintisinə başlanılması üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 1,5 milyon (bir milyon beş yüz min) manat məbləğində vəsait ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamlarda nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.