...

Xəzərin hüquqi statusu ilə bağlı müzakirələr intensivləşdirilir - Məhəmməd Mehdi Axundzadə

Siyasət Materials 27 Aprel 2011 13:56 (UTC +04:00)
İran Prezidentinin Xəzər üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadə Bakıda keçirdiyi mətbuat konfransında bildirib ki, Xəzəryanı ölkələrin dənizin Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə müzakirələrdə irəliləyiş var.
Xəzərin hüquqi statusu ilə bağlı müzakirələr intensivləşdirilir - Məhəmməd Mehdi Axundzadə

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir T.Cəfərov/

İran Prezidentinin Xəzər üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadə Bakıda keçirdiyi mətbuat konfransında bildirib ki, Xəzəryanı ölkələrin dənizin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə müzakirələrində irəliləyiş var.

Onun sözlərinə görə, tərəflər müzakirələrin intensivləşdirilməsi və Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzərində işlərin sürətləndirilməsi barədə qərar qəbul ediblər.

"İran digər Xəzəryanı ölkələr kimi, əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Fikrimizcə, həmin ölkələrin liderlərinin fəallığı nəticəsində əməkdaşlıqda çox yaxşı inkişaf əldə olunub. Buna nümunə kimi Bakıda Xəzəryanı ölkələrin liderləri tərəfindən imzalanan təhlükəsizlik sahəsində əməkdaşlıq sazişini göstərmək olar", - Axundzadə deyib.

Onun sözlərinə görə, region xalqlarının gələcəyi bir-birinə bağlıdır, Xəzər sülh və dostluq dənizidir.

"Biz işimizdən yaxşı nəticə əldə etmək üçün əlaqələrimizi inkişaf etdirməyə çalışırıq. Heç bir xarici qüvvə indiki proseslərə və formalaşmış əməkdaşlığa təsir edə bilməz", - Axundzadə bildirib.

Çərşənbə axşamı Bakıda Xəzəryanı ölkələrin xüsusi işçi qrupunun iclası işə başlayıb.

1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb.

2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb.

Həmçinin, 2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi xəttinin qovuşma nöqtəsinə dair saziş imzalanıb.

Xəbər lenti

Xəbər lenti