...

İlyas İsmayılov: Parlamentdə müxalifətin birliyi partiyaların fəaliyyətinin koordinasiya olunması üçün yaradılır

Siyasət Materials 4 May 2011 15:09 (UTC +04:00)
Azərbaycan Parlamentində təmsil olunan bəzi müxalifət partiyalarının sədrləri bir qrupda birləşmək qərarına gəliblər. Bu barədə çərşənbə günü Trend-ə Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov bildirib.
İlyas İsmayılov: Parlamentdə müxalifətin birliyi partiyaların fəaliyyətinin koordinasiya olunması üçün yaradılır

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Parlamentində təmsil olunan bəzi müxalifət partiyalarının sədrləri bir qrupda birləşmək qərarına gəliblər. Bu barədə çərşənbə günü Trend-ə Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov bildirib.

Onun sözlərinə görə, Vətəndaş Həmrəyliyi (VHP) Böyük Quruluş (BQP), Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) və Ədalət partiyalarının sədrləri VHP-nin qərargahında bir araya gələrək "Parlament müxalifət deputat qrupu"nun təsis olunması barədə qərar qəbul ediblər.

İsmayılov deyib ki, "Parlament müxalifət deputat qrupu" digər hər hansı birliyin əleyhinə yönəlməyib və qrupun yaradılmasında məqsəd parlamentdə təmsil olunan müxalifət partiyalarının fəaliyyətinin koordinasiya olunmasıdır.

"Biz heç bir birliyin əleyhinə deyilik. Azərbaycanda vətəndaş qarşıdurması yaradılmasına, icazəsiz yerlərdə mitinqlər keçirilməsinə qarşı çıxdığımızı bildirdik. Qeyd etdik ki, digər siyasi təşkilatlar da Azərbaycan qanunlarına hörmətlə yanaşaraq, yalnız qanuni yerlərdə aksiyalar keçirməlidirlər. Bundan əlavə, bildirdik ki, aksiyalarda iştirak etdiklərinə görə həbsdə olan insanların azadlığa buraxılmasının tərəfdarıyıq", - İsmayılov əlavə edib.

Onun sözlərinə görə, parlamentdə təmsil olunan digər müxalif partiya təmsilçilərinə də qrupa qoşulmaq barədə müraciət olunacaq.

Xəbər lenti

Xəbər lenti