...

Azərbaycan Prezidenti Fransa Milli Assambleyası müdafiə komissiyasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 10 May 2011 16:52 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Fransa Milli Assambleyası müdafiə komissiyasının sədr müavini Mişel Vuazenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti Fransa Milli Assambleyası müdafiə komissiyasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Fransa Milli Assambleyası müdafiə komissiyasının sədr müavini Mişel Vuazenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib, məlumatı Prezidentin rəsmi saytı yayıb.

Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin sürətlə inkişaf etdiyi, müxtəlif sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi, parlamentlərarası əlaqələrin əhəmiyyəti vurğulandı, münasibətlərimizin daha da möhkəmləndirilməsində qarşılıqlı səfərlərin önəmi qeyd olundu.

Görüşdə Fransa Milli Assambleyası müdafiə komissiyasının sədr müavini Mişel Vuazen ölkəsinin Azərbaycan ilə Fransa arasında münasibətlərin təkcə siyasi, iqtisadi sahələrdə deyil, humanitar və digər sahələrdə də inkişaf etdirilməsinə maraqlı olduğunu bildirdi.

Xəbər lenti

Xəbər lenti